REDEX CARGO sərfəli və sürətli poçt xidməti şirkətidir.

"REDEX GROUP" MMC sərfəli və sürətli poçt xidməti şirkətidir.. Şirkət Beynəlxalq Hava Nəqliyyatı Asossiasiyasının (İATA) akredditə olunmuş yükdaşıma şirkətləri ilə əməkdaşlıq edir.

REDEX CARGO sərfəli və sürətli poçt xidməti şirkətidir.

Fəaliyyətimiz və Fəlsəfəmiz

  • Qiymətdə deyil, xidmətdə rəqabət!
  • Müştəri məmmuniyyətini qazancdan üstün tutmaq!
  • Müştəri sifarişlərini vaxtında çatdırmaq!
  • Yükdaşımaların aviasiyadan asılılığını aradan qaldırmaq!

REDEX CARGO  rəsmi qeydiyyatlı REDEX GROUP MMC-nin brendidir. Türkiyədə POÇTALYON A.Ş. ilə ortaqlığı və bir sıra nüfuzlu şirkətlərlə əməkdaşlığı sayəsində Türkiyə-Azərbaycan arasında yük daşımaçılığı ilə məşğuldur.  REDEX CARGO olaraq hava, quru, dəmir və dəniz yolu ilə daşınmalar həyata keçirməklə müştərilərimizə yüksək səviyyəli xidmət göstərməyi hədəfləmişik.  

REDEX CARGO 2020-ci ildən etibarən fəaliyyət göstərən sürətli poçt şirkətidir.

Şirkətimiz hal-hazırda AZAL, SilkWay, Türk Hava Yolları kimi təcrübəli aviaşirkətlərlə əməkdaşlıq edərək Türkiyədən şəxsi və korporativ yüklərin daşınmasını həyata keçirir.

Bizim vasitəmizlə daşınan və beynəlxalq yük daşıma qaydalarına əsasən qablaşdırılmış bütün bağlamalar üçün “Ödənişsiz Sığortalama” xidmətini təklif edirik. 

Türkiyə onlayn alış-veriş mağazaları bəzən məhsulu qüsurlu (qablaşdırması sınmış, parçalanmış)  göndərə bilər. Bu kimi halların qarşısını almaq və müştəri məmnuniyyətini hər zaman yüksək səviyyədə saxlamaq üçün “Xarici anbardan Geri Qaytarma” xidmətimini istifadəyə vermişik. Mal anbarımıza daxil olarkən vizual olaraq müşahidə edilən zədələrlə bağlı müştərini məlumatlandırılır və müştərimiz razı olduqda mal açılaraq yoxlanılıb  geri qaytarıla bilər.

Biz bütün Azərbaycan əhalisinin Türkiyədən onlayn alış-veriş etməsini və sifarişlərini sürətli şəkildə əldə etməsini təmin etmək üçün bağlamaları bütün Azərbaycana poçt vasitəsilə çatdırırıq. 

Operativ “Mənim üçün Sifariş Et” xidməti və fasiləsiz işləyən anbarımız, peşəkar müştəri xidmətlərimiz, rahat və zəngin interfeysli veb saytımızla xidmətinizdəyik!