Yeni paylama məntəqələrimizlə fəaliyyətə başladıq!

06.05.2021
Yeni paylama məntəqələrimizlə fəaliyyətə başladıq!

Yeni paylama məntəqələrimizlə fəaliyyətə başladıq!

Bölgələrdə yaşayanlara xoş xəbər! Artıq Redex bağlamalarınızı sizə daha yaxın edir. Belə ki, sifarişlərinizi Yeni Kargo-nun Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt şəhərləri və Xırdalanda yerləşən təhvil məntəqələrindən asanlıqla əldə edə bilərsiniz. Bunun üçün sifarişləriniz Bakı anbarına daxil olduqdan sonra şəxsi kabinetinizdə "Kuryer sifariş et" bölməsindən bağlamalarınızı və yaşadığınız şəhəri seçərək çatdırılma haqqını ödəyirsiniz, buna uyğun olaraq bağlamanızı maksimum 48 saat ərzində həmin məntəqədən təhvil alırsınız. Bir şəxsin adına bağlama sayından asılı olmayaraq 5 kq-a qədər yükün təhvil məntəqəsinə çatdırılma haqqı cəmi 2 AZN təşkil edir. Onlayn alış-veriş hələ bu qədər sərfəli və əyləncəli olmamışdı. Redex sizə yaxın kargo.

Ünvanlar: 

Gəncə şəhəri, Atatürk prospekti 251 (YENİ KARGO filialı)
Lənkəran şəhəri, Polis bölməsinin yaxınlığı (YENİ KARGO filialı)
Mingəçevir şəhəri, H.Əliyev prospekti 226 (YENİ KARGO filialı)
Sumqayıt şəhəri, H.Əliyev prospekti 340 A (YENİ KARGO filialı)
Xırdalan şəhəri, Nəsibə Zeynalova küçəsi 149 A (YENİ KARGO filialı)