Türkiyənin ən böyük alış-veriş saytından sifariş qaydası

25.05.2021
Türkiyənin ən böyük alış-veriş saytından sifariş qaydası

Hepsiburada.com

 

Hepsiburada.com Türkiyənin ən böyük onlayn alış-veriş saytıdır. 1998-ci ildən fəaliyyətə başlayan sayt sadəcə internet üzərindən xidmət göstərən alış-veriş saytıdır. 2011, 2012 və 2013-cü illərdə ‘’Türkiyənin ən sevilən markası’’ seçilmişdir. Bundan başqa sayt 2013-cü ildə ‘’İlin e-ticarət saytı’’ adına layiq görülmüşdür. Sayt aylıq olaraq 100 milyondan çox trafik alır. Saytda həm xarici böyük markalar, həm də  böyükdən kiçiyə qədər yüzlərlə yerli marka var.

Saytda geyim, elektronika, tekstil, mebel, ofis alətləri, uşaq oyuncaqları, idman alətləri, kosmetika, zoo-maqazin, kitab və s. kimi fərqli sektorlardan olan məhsullar mövcuddur. Hepsiburada.com-da hər ay davamlı olaraq müxtəlif məhsullar üçün endirim kampaniyaları olur. Hətta bəzən Türkiyədə ölkədaxili pulsuz karqo xidməti verən kampaniyalar da həyata keçirilir.

Son illərdə Türkiyənin onlayn alış-veriş saytlarından edilən sifarişlər arasında Azərbaycandan olan müştərilərin sifarişləri gedərək artmaqdadır. Artıq Türkiyədən onlayn sifariş ölkəmizdəki insanlar üçün adi hal almaqdadır. Ancaq Azərbaycandan olan müştərilər üçün məhsulun sifariş edildikdən sonra ölkəmizə çatdırılması məsələsi çox böyük önəm daşımaqdadır. Sifariş edilən məhsulun Azərbaycana çatdırılması üçün karqo şirkətlərinin bir çoxu xidmətdə axsatmalar yaşatdığından insanlar karqo seçimi zamanı çətinliklər yaşayır.

Bəs karqo şirkəti seçimi zamanı nələrə diqqət edilməlidir?

İlk növbədə bir karqo şirkəti seçərkən həmin şirkətin etibarlı olmasına diqqət yetirmək lazımdır. Son zamanlarda ölkəmizdə karqo şirkətləri ilə bağlı müxtəlif saytlarda, sosial şəbəkələrdə müştərilər tərəfindən müxtəlif yönümlü rəylər yazılmaqdadır. Müştərilər yazılan bu rəylərə önəm verərək karqo seçimi edir. İkinci növbədə seçim zamanı insanlara verilən onlayn sifarişin sürətli şəkildə çatdırılmasıdır. İnsanlar onlayn sifariş etdikdən sonra bəzən çox uzun müddətdə məhsulun Azərbaycana çatdırılmasını gözləyirlər. Ancaq bu müştərilər tərəfindən böyük narazılıqlar doğurur. Üçüncü olaraq Türkiyədən Azərbaycana karqo çatdırılması xidmətində insanlar üçün vacib məqam sifarişin etibarlı, sürətli olduğu qədər həm də sərfəli olmasıdır. Müştərilər Trendyol, Hepsiburada, Morhipo kimi saytlardan büdcələrinə uyğun onlayn sifariş verdikdən sonra baha qiymətə karqo xidməti istifadə etməkdən heç də xoş hal deyillər. Amma artıq ölkəmizdə də bütün bu xidmətləri ən uyğun şəkildə həyata keçirən karqo şirkəti mövcuddur- Redex.az

Sürətli və sərfəli karqo- Redex.az

Türkiyədən Azərbaycana karqo çatdırılması xidmətində ölkəmizin ən etibarlı, sürətli və sərfəli şirkəti Redex hər zaman müştərilərinin fikirlərini dəyərləndirir və bu yöndə müəyyən edilmiş yolda irəliləməyə davam edir. Redex Türkiyədən onlayn sifariş verən müştərilər üçün daima ən yaxşı xidməti göstərən şirkət olaraq çatdırılmanı cəmi 3-5 iş günü ərzində edir. Keyfiyyətli, etibarlı, sərfəli və sürətli karqo xidmətindən yararlanmaq üçün elə indi qeydiyyatdan keçin.

Redex müştərilərinə onların rahatlığını düşünərək ‘’Sifariş et’’ xidməti təklif etməkdədir. Cəmi 3% komissiya ilə həyata keçirilən xidmət müştərilər üçün vazkeçilməzlərdəndir. Bunun üçün “Sifariş et” xidməti vasitəsilə istədiyiniz məhsulun linkini bizə göndərirsiniz və Redex sizə sifarişinizi sürətli şəkildə çatdırır.