Türkiyədən sürətli və sərfəli çatdırılma

16.06.2021
Türkiyədən sürətli və sərfəli çatdırılma

Onlayn alış-veriş – rahat sifariş

Müasir dünyada insanlar hər keçən gün daha çox trende uymaq, geyiminə diqqət etmək və daha şux görsənmək istəyirlər. İnsanların bu tələbindən doğan ehtiyac onları daha da alış-veriş etməyə sövq edir. Hal-hazırda dünyadakı insanların bir çoxu bu alış-veriş ehtiyacını onlayn saytlarından təmin etməkdədirlər. Araşdırmalardan çıxan nəticəyə görə bizim ölkəmizdə onlayn alış-veriş saytlarından edilən sifarişlər xüsusilə son 3-5 ildə artmaqdadır. Özəlliklə son 1,5 ilə baxıldıqda isə bu sektorda inanılmaz dərəcədə artım olduğu görülməkdədir. İlk zamanlarda insanlarda müəyyən dərəcədə bu saytlara qarşı güvən əskikliyi olduğu halda, artıq bu mərhələni geridə buraxmış vəziyyətdəyik. İndi insanlar istədikləri məhsulu ölçüsünə, boyuna, materialına, rənginə və s. digər xüsusiyyətlərinə görə rahatlıqla onlayn sifariş verə bilirlər. Təbii ki, burada Türkiyənin onlayn alış-veriş saytları ayrı bir yer tutmaqdadır. Çünki Avropa və Amerika ölkələrinə baxdığımız zaman bizim vətəndaşlara həm maddi baxımdan, həm də karqo çatdırılması baxımından Türkiyənin onlayn alış-veriş saytlarında məhsul sifariş etmək daha çox sərf etməkdədir.

Türkiyənin onlayn alış-veriş saytlarında sifariş çox sadədir. Daxil olduğunuz saytda qeydiyyatdan keçirsiniz və istədiyiniz məhsulları seçib sifariş verirsiniz. Ünvan olaraq isə Redex.az-ın İstanbul ünvanı qeyd olunur. Təbii ki, Redex.az-da qeydiyyatdan keçdikden sonra bunu edə bilərsiniz. Redex-lə istədiyiniz məhsulu 3-5 iş günü erzində Bakıdakı və ya digər bölgələrdəki ofislərimizdən götürə bilərsiniz.

Redex-in digər karqo şirkətlərindən fərqi nədir?

İlk olaraq Redex hər zaman müştəri məmnuniyyətinə önəm verdiyi üçün onlara ən münasib olan qiymətdən xidmət təklif edir. Qiymət baxımından uyğun olmaqla yanaşı Redex müştərilərin həm də sürətli şəkildə məhsullarını çatdırır. Redex bunlarla yetinmir, həm də müştəriləri üçün keyfiyyətli xidmət göstərir. Əgər işiniz çoxdursa və ya alış-veriş etməyə zaman ayıra bilmirsinizse, Redex.az-ın ‘’Sifariş et’’ xidmətindən yararlana bilərsiniz. Cəmi 3 % komissiya haqqı ilə təklif olunan bu xidmət sizə həm də vaxt baxımından sərf edəcəkdir.

Türkiyənin istənilən onlayn alış-veriş saytından məhsulu sifariş edirsiniz ve Redex sizə sürətli, sərfəli və etibarlı şəkildə çatdırma edir. Sektordakı digər şirkətlərə baxdığımız zaman bəzən hətta 20-25 gün belə məhsulun Türkiyədən gəlmədiyini görə bilərik. Artıq Redex-lə gələn məhsulu sadəcə Bakıdakı ofisdən deyil, digər bölgələrdəki paylanma mərkəzlərimizdən də götürə bilərsiniz. Müştəriləri üçün hər zaman ən yaxşısını düşünən Redex artıq kuryer vasitəsilə məhsulunuzu evinizə qədər gətirməkdədir.

Bunlardan əlavə olaraq Redex hər ay müştəriləri üçün sərfəli endirim kampaniyaları və ya ferqli müsabiqələr həyata keçirir. Müxtəlif kampaniyalarımıza qatılaraq sizlər də bu müsabiqələrdə qalib ola və bəzən endirimli və ya pulsuz daşınma qazana bilərsiniz. Bunun isə sadə yolu var. Redex.az-da indi qeydiyyatdan keçin, sifarişiniz Türkiyədən sürətli, sərfəli və etibarlı şəkildə gəlsin. Bütün bunlara diqqət yetirdiyimiz zaman Redex-in alternativsiz bir karqo şirkəti olduğunu görürük.