Türkiyədən bölgələrə karqo

23.06.2021
Türkiyədən bölgələrə karqo

Türkiyədən hansı bölgələrə sifariş etmək mümkündür?

Azərbaycanda hər keçən gün Türkiyədən onlayn alış-verişə təlabat artmaqdadır. Türkiyə lirəsinin artması, sərfəli karqo tarifləri və pandemiya şəraiti bu tələbi daha da artırmış olur. Türkiyədən sürətli karqo zamanı əksər şirkətlər Türkiyədən Bakıya çatdırılma etsələr də Redex.az bu sahədə öz üstünlüyünü göstərməkdədir. Redex.az vasitəsi ilə artıq Türkiyədən sürətli karqodan təkcə bakı üçün deyil, bölgələrdə yaşayan insanlar da faydalana bilər. Belə ki, Redex Lənkəran, Mingəçevir, Xırdalan, Sumqayıt, Gəncə şəhərlərinə Türkiyədən sürətli karqo xidmətini təqdim etməkdədir. Artıq sifarişlərinizi Bakıya deyil, öz yaşadığınız ünvana sifariş edə bilərsiniz. Bölgələrdə yaşayan alış-veriş həvəskarları üçün əla imkanlar bununla da bitmir. Redex vasityəsi ilə cəmi 0.85$-dan başlayan tariflərlə sifariş edə bilərsiniz. Sifarişləriniz 3-5 gün ərzində sifariş etdiyiniz filialda olacaq. İsti yay günlərində istirahətinizdən qalmaq istəmirsinizsə, “Kuryer sifarişi” xidmətimizdən də faydalana bilərsiniz. Bu xidmət sayəsində siz artıq ofisimizə yaxınlaşmadan məhsulunuzu əldə edə bilərsiniz. Bunun üçün isə məhsulunuz ofisimizə çatdıqdan sonra onlayn kuryer sifariş etməlisiniz. Redex-in bütün müştərilərinə təqdim etdiyi xidmətlərdən biri də “Anbara geri qaytarmaq” xidmətidir. Bu xidmətlə siz yanlış və ya defektli məhsulları asanlıqla geri qaytara bilərsiniz. Redexlə alış-veriş olduqca sərfəlidir!

 

Türkiyədə ən sərfəli mağazalar hansılardır?

Türkiyədən onlayn alış-veriş zamanı sizə çoxlu seçim imkanları təqdim edən yüzlərlə mağaza mövcuddur. Belə ki, bu mağazaların hər biri müxtəlif kateqoriyalar üzrə ( qadın geyimləri, kişi geyimləri, uşaq geyimləri, qadın aksessuarları, kişi aksessuarları və s) məhsullar təqdim etməkdədir. Siz istəyinizə uyğun məhsullara filter verib daha asan seçim edə bilərsiniz. Trendyol.com onlayn alış-veriş platforması vasitəsi ilə asanlıqla sifarişlərinizi edə bilərsiniz. Trendyol-un ən üstün tərəflərindən biri bu platformada mağazaların tez-tez möhtəşəm endirimlərlə öz müştərilərini sevindirməsidir. Trendyol-da özəl günlərə özəl müxtəlif endirimlər mövcuddur. Bu trendləri izləyərək istədiyiniz məhsulu daha sərfəli qiymətə əldə edə bilərsiniz. Əgər, Trendyol onlayn alış-veriş platformasından sifariş etməkdə çətinlik çəkirsinizsə Redex.az bu problemə də çarə tapmışdır. Beləliklə, siz istədiyiniz, seçmiş olduğunuz məhsulun linkini bizə göndərirsiniz və seçmiş olduğunuz məhsulu sizin əvəzinizə biz sifariş edirik. Redex-az sizin rahatlığınızı düşünərək bu xidməti özündə formalaşdırmışdır.

 

Redex xidmətlərindən istifadə etmək üçün qeydiyyatdan keçib sifariş etməyiniz kifayətdir.