Trendyoldan Azərbaycana çatdırılmanın qaydası

21.01.2021
Trendyoldan Azərbaycana çatdırılmanın qaydası

Trendyoldan Azərbaycana necə sifariş verə bilərəm?

Bəs Trendyoldan Azərbaycana necə sifariş vermək olur? Trendyoldan Bakıya çatdırılma mümkündürmü? Trendyoldan ən sürətli və sərfəli şəkildə necə alış-veriş etmək olar?

Trendyol platforması Azərbaycana birbaşa çatdırılma həyata keçirmir. Bunun üçün də siz Trendyoldan məhsul sifariş etmək üçün çatdırılma şirkətlərindən istifadə etməlisiniz. Redex.az çatdırılma şirkəti sizin Trendyoldan verdiyiniz sifarişləri ən qısa müddətdə və sərfəli qiymətə Azərbaycana çatdırır. Üstəlik, Redex.az Azərbaycanın bütün bölgələrinə çatdırılma həyata keçirir. Müştərilər Trendyoldan verdikləri sifarişləri yaşadığı, kənddə, şəhərdə, rayonda təhvil ala bilir.

Trendyoldan Azərbaycana sifariş vermək üçün siz Redex.az saytında qeydiyyatdan keçməlisiniz. Redex.az saytında qeydiyyatdan keçdikdən sonra alış-veriş etmək üçün iki fərqli alternativ mövcuddur.

Sifariş et xidməti ilə alış-veriş. Siz Trendyoldan sifariş etmək istədiyiniz məhsulu bizə göndərirsiniz. Biz sizin əvəzinizə həmin məhsulu sifariş edirik və qısa müddətdə Azərbaycandakı ünvanınıza çatdırırıq.

Trendyoldan sifarişlərinizi özünüz verirsiniz və Redex.az bağlamalarınızı sizin Azərbaycandakı ünvanınıza çatdırır.