Trendyol-dan alış-veriş etməyin üstünlükləri

19.05.2021
Trendyol-dan alış-veriş etməyin üstünlükləri

Trendyol-dan nə sifariş etmək olar?

Trendyol Türkiyənin ən öndə gələn onlayn alış-veriş saytlarından biridir. Trendyol-a Azərbaycandan hər gün yüzlərlə sifariş daxil olur. Trendyol ölkəmizdə daha çox onlayn geyim alış-veriş saytı kimi tanınsa da əslində bu belə deyil. Saytda istər kişi, istərsə də qadın geyimlərindən əlavə olaraq ayaqqabılar, saatlar, kosmetika məhsulları, çantalar, ətirlər, kremlər, elektronik məhsullar, dağçılıq və düşərgə üçün məhsullar da mövcuddur.

Niyə Trendyol?

1)Trendyol Türkiyənin ən etibarlı onlayn alış-veriş saytlarından biridir. Qanuni olaraq aldığınız məhsulu bəyənmədiyiniz və ya səhv gəldiyi halda sizə verilən müddət ərzində geri vermə haqqınız var.

2)Trendyol saytında qeydiyyatdan keçmək çox sadə və elverişlidir.

3)Saytda geyimdən əlavə olaraq fərqli çeşiddə milyonlarla məhsul mövcuddur.

4)Endirim kampanyaları zamanı ‘’sepete ekle’’ düyməsi vasitəsilə alacağınız məhsula verilən normal endirimdən əlavə də endirim qazana bilərsiniz.

5)Trendyol endirim kampanyaları zamanı bəzi saat markalarında 1-ci saatı alana eyni markanın 2-ci saatın qiyməti 0,20-0,30 manat olur. Redex-də Türkiyədən saat sifarişinin karqo qiyməti 3 manatdır.

6)Saytdan sifariş vermək olduqca bəsit və rahatdır. Bəyəndiyiniz məhsulu saytda sizə verilən addımlarla sadə bir yolla sifariş edə bilərsiniz.

7)Karqolarınızın sürətli və ucuz şəkildə tez bir zamanda Türkiyədən Azərbaycana çatdırılması üçün elə indi Redex-dən qeydiyyat keçin.