3-5 Gündə Karqo

11.06.2021
3-5 Gündə Karqo

Onlayn alış-verişin önəmi

Dünyada son illərdə bütün sektorlarda gedən inkişaf təbii ki, karqo xidmətində də özünü göstərməkdədir. Ölkəmizə xüsusilə Türkiyədən gələn karqo daşımaların sayı hər gün artmaqdadır. İnsanların daha çox marağını çəkən isə həm iqtisadi, həm keyfiyyət, həm də kəmiyyət baxımından sərfəli onlayn alış-veriş etmekdir. Türkiyə bazarı bu mənada çox böyük önəm kəsb etməkdədir. Həm dil baxımından onlayn alış-veriş saytlarından qeydiyyatdan keçmək, həm Türk lirəsinin Azərbaycan manatı qarşısında dəyərinin az olması, həm də ölkəmizdə Türkiyədən Azərbaycana karqo daşınmalarının rahat olması insanları qardaş Türkiyəyə daha çox yönləndirir.

Türkiyənin onlayn alış-veriş saytları da hər gün artaraq bu inkişafa dəstək verməkdədir. Bu sahədə özəlliklə hegemonluğunu ortaya qoymuş Trendyol, Hepsiburada, Morhipo, LC Waikiki kimi saytları misal gətirmək olar. İllərdir var olan və onlayn alış-veriş sahəsində xidmət göstərən bu şirkətlər insanlarda da özlərinə qarşı böyük inam qazanmışdır. Türkiyə daxilində insanların güvənini qazanmış olan bu şirkətlər artıq ölkə xaricindəki insanların da diqqət və marağını öz üzərinə çəkməyi bacardıqlarını demək olar.

Azərbaycan vətəndaşları Türkiyənin istənilən onlayn alış-veriş saytlarından sifarişlərini artıq istədikləri kimi verə bilərlər. İnsanlarımız üçün bu sifarişlərin çatdırılması artıq çox sadə və asandır. Müştəri Türkiyənin istənilen onlayn alış-veriş saytında qeydiyyatdan keçir və sifarişini verir. Sifariş Türkiyədəki anbara daxil olduqdan sonra Azərbaycana tez bir zamanda daxil olur.

Vətəndaşlarımızın yaşadığı problemlerden biri  ayaqqabı, paltar və ya digər məhsul seçimi zamanı ölçü məsələsidir. Əslində bu məsələ çox sadədir. Bir çox məhsulun boy və kiloya göre ölçüsünü təyin etmək olur. Özəlliklə məhsullarda bunun üçün xususi qeydlər olur. Digər bir problem isə məhsulun materialının keyfiyyəti məsələsidir. Təbii ki, məhsulun məlumat bölməsində bu barədə melumat yazılır. Ancaq insanlar alış-veriş edərkən daha rahat sifariş vermək istədiklərindən məhsulun keyfiyyetinə emin olmaq istəyirlər. Bunun ən sadə yollarından biri isə təbii ki, saytda məhsulun alt qismində yazılan rəyləri oxumaqdır. Bu sistem telefonlara bir mobil tətbiq yükləmək istədiyimizdə məhsula verilən ulduz sistemi ilə təxmini olaraq eynidir. İnsanlar daha əvvəl aldıqları bu məhsula görə rəylərini bildirir və bunun sayəsində digər insanların fikirlərinə yaxşı və ya pis mənada təsir edirlər. Buna görə də onlayn alış-veriş saytlarındakı məhsul satan şirkətlər də daha keyfiyyətli məhsul satışı çalışırlar.

Məhsulu sifariş etdikdən sonrakı mərhələ daha sadədir. Məhsul bəlli gün ərzində Türkiyə anbarına daxil olur və oradan Azərbaycana gəlir.

Bəs vətəndaşlarımız neçə gün ərzində məhsulunu təhvil ala bilərlər?

Redex-lə 3-5 gündə karqo

Ölkəmizdəki Türkiyədən Azərbaycana karqo şirkətləri arasında öz xüsusi yeri olan Redex artıq müştərilərinə çox az bir müddətdə sifarişlərini çatdırır. Türkiyədən Azərbaycana 3-5 iş günü ərzində çatdırma edən Redex müştəri məmnuniyyəti üçün çalışır. Həm sürətli, həm sərfəli, həm də etibarlı və kəyfiyyətli xidməti ilə hər zaman müştərilərini düşünən Redex-dən elə indi qeydiyyatdan keçin.