Məxfilik qaydaları

“Redex Group”  MMC    müştərilərinin  şəxsi  məlumatlarının  qorunmasına  cavabdehdir.

Şəxsi  məlumat  deyərkən  “Redex Group”  MMC  müştərilərinin www.redex.az-a təqdim etdikləri məlumatlar nəzərdə tutulur.

Ümumi  şərtlər:
“Redex Group”  MMC” aşağıda qeyd edilən məqsədlər ilə müştərinin şəxsi məlumatlarını istifadə edə və ya  açıqlaya bilər:
-Xidmət  seçimlərinizi  təyin  etmək  üçün; 
-İnformasiya, təbliğat, məhsul və xidmətlər, yenilənmiş marketinq və reklam materiallarını sizə göndərmək üçün və ya “Redex Group” MMC-in  maraqlarını  qorumaq  üçün;
-Problemli  məsələlərin  həlli  üçün;
-Sizin  maraqlarınıza  uyğun  olduğunu  düşündüyümüz,  “Redex Group” MMC-nin xidmətləri və ya üçüncü tərəfin xüsusi təkliflərini təbliğ etmək üçün;
“Redex Group” MMC qeydiyyat formasında tələb edilən şəxsi məlumatları Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tələblərinə və ehtiyaclarınıza uyğun daha yaxşı xidmət göstərmək məqsədi ilə toplayır.


Təhlükəsizlik  şərtləri:
“Redex Group” MMC şəxsi məlumatların səhvən silinməsi və ya açıqlanmaması üçün Şəxsi Məlumatların gizliliyi və təhlükəsizliyini qorumaq məqsədilə təşkilati və texniki addımlar da daxil olmaqla bütün ehtiyat tədbirlərinin görülməsindən məsuliyyət daşıyır.
Müştəri  Qeydiyyat  Formasında  tələb  edilən  məlumatlara  verilən  cavablara  görə  məsuliyyət  daşıyır.  Qeydiyyat  bölməsində  tələb  edilən,  məlumatların  natamam  və  ya  qeyri-dəqiq doldurulmasının nəticəsində, müştəriyə göstərilən xidmət, dayandırıla və ya xidmət tamamilə sonlandırıla bilər.